Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin bəyanatında deyilir.
Bildirilir ki, Baş katib Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın davamlı dialoq və etimadın yaradılmasına sadiqliyini alqışlayır və Prezident Trampın tərəqqiyə kömək etmək səylərini tanıyır. “Baş katib Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün bütün səylərə Birləşmiş Millətlər Təşkilatının güclü dəstəyini bir daha təsdiqləyir”,- deyə bəyanatda vurğulanır. (AZƏRTAC)