"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RİA Novosti"yə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və davamlı sülhün əldə edilməsi region ölkələrinin xüsusi marağındadır və bu məsələnin etibarlı həll yolu regional əməkdaşlıq çərçivəsində mümkündür: "Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələri və ona bitişik tərəfdaş dövlətlər, kənardan destruktiv müdaxilələr istisna olmaqla, möhkəmləndirmək vacibdir".
Sergey Lavrov vurğulayıb ki, Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün hər iki tərəfin tələb edəcəyi formada və həcmdə tərəfdaşlıq yardımı göstərməyə hazırdır.
Elxan SALAHOV