04.08.2025, 18:20
AZ EN
01.08.2025, 23:59 118

Rövşən Sadıqbəyli: Azərbaycan Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb

XƏBƏRLƏR
  • ATƏT-ə sədrlik edən Finlandiya tərəfindən Helsinki Yekun Aktının 50-ci ildönümünə həsr olunmuş “Helsinki+50” konfransı bir daha təsdiq edib ki, ATƏT-in prinsipləri qüvvədə qalır və ATƏT məkanında təhlükəsizlik və sabitliyin əsası olmalıdır.

Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ATƏT-in münaqişənin həlli üzrə mandatını yerinə yetirməməsi qarşısında Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə məcbur olub:

“ATƏT adekvat cavab verə bilmədiyi üçün Azərbaycan ədaləti və qanunu bərpa edib, Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaradıb.”. (Report)

Oxşar xəbərlər