28.06.2025, 01:18
AZ EN
12.06.2025, 12:30 221

Milli Məclisin sədri: TÜRKPA-ya sədrliyimiz dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclasında çıxışı zamanı səsləndirib.

O, TÜRKPA-nın adi bir beynəlxalq platforma olmadığını, onun eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də Türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır. (AZƏRTAC)

Oxşar xəbərlər