28.06.2025, 05:16
AZ EN
11.06.2025, 14:27 99

Xocalı cəlladı Ohanyan həbs oluna bilər

XƏBƏRLƏR
  • Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından olan Seyran Ohanyan həbs edilə bilər. Belə bir gözlənti Ermənistan Baş prokurorunun parlament rəhbərinə müraciətindən sonra xeyli aktuallaşıb.

"Vətən səsi" xəbər verir ki,  bu barədə Ermənistan mətbuatında maraqlı məlumatlar tirajlanır. Bildirilir ki, Baş prokuror bununla bağlı Milli Assambleyanın spikeri Alen Simonyana rəsmi məktubla müraciət edib. Baş prokuror spikerdən “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan və həmin fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işinin başlanması ilə bağlı icazə istəyib.

Qeyd olunur ki, bu məsələ yaxın günlərdə parlamentdə müzakirə olunacaq və qəbul ediləcək qərarla bağlı müraciət edən tərəfə rəsmi cavab veriləcək.

Xatırladaq ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistan müdafiə naziri olub. Ermənistan Baş Prokurorluğun məlumatına görə, həmin vəzifəni icra edən müddətdə, yəni, 2010-cu ildən 2015-ci ilədək Qeqarkunik rayonunun Dratik küçəsində 10526 kvadratmetr ərazini qanunsuz zəbt edib. Xüsusi mühafizə olunan həmin ərazidə özünə malikanə tikən Ohanyan orada polis mühafizəsi də təşkil edib. Lakin o, 2021-ci ildə deputat seçilərkən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etdiyi bəyannamələrdə 10526 kvadratmetr torpaq sahəsini gizlədib. Faktiki olaraq ona məxsus olan “Sevan” MTK və onun mülkiyyətində olan binalar barədə məlumatlar da rəsmiyyətdən yayındırılıb.

 

Elxan SALAHOV

 

Oxşar xəbərlər