Bu sözləri “Enviromental Protection First” QHT koalisiyasının keçirdiyi brifinq zamanı koalisiya üzvü Amin Məmmədov deyib.
O bildirib ki, təmsil etdiyi təşkilat “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin tez bir zamanda dayandırılmasını tələb edir:
“Bu təşəbbüsün əsas müəllifi Türkiyədə fəaliyyət göstərən “Doğa ve Çevre” İctimai Birliyidir. Bu yaxınlarda İğdırda “Metsamor” Atom Elektrik Stansiyasının zərərli fəaliyyəti ilə bağlı tədbirdə türkiyəli ekoloqlar xüsusi bəyanat qəbul ediblər. Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə həyata keçirdiyi dağ-mədən fəaliyyətinə görə heç bir hesabat dərc etmir. Mən hesab edirəm ki, bu stansiyanın fəaliyyətini dayandırması üçün əməli addımlar atılmalıdır”. (APA)