28.06.2025, 01:22
AZ EN
29.05.2025, 16:11 95

Ərdoğan Zəngəzura görə İrandan dəstək gözləyir

XƏBƏRLƏR
  • "Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik.

"Vətən səsi" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O, qeyd edib ki, regionda daimi sülhün mövcudluğu hamının xeyrinə olacaq: "Şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur".

Türkiyə prezidenti Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bölüşərkən Azərbaycan və Ermənistanla yanaşı regionun digər iri ölkəsi sayılan İranın da həmin layihəyə ciddi dəstək verməli olduğunu söyləyib. Ərdoğan Zəngəzur dəhlizi və bütövlükdə regionda nəqliyyat kommunikasıyalarının açılması mövzusunun çox aktual olduğuna da diqqət çəkib: "Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə vasitəsilə Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək. Ona görə də biz hamımız qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Çox istərdik ki, onlar bu “qazan-qazan” prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər