Bu fikri Ankarada mətbuata açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov səsləndirib.
Onun sözlərinə görə, həm Bakıda, həm də regionlarda Qərbi Azərbaycan mövzusunda çox sayda tədbir keçirilsə də, mayın 21-də Türkiyə paytaxtında baş tutan “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" adlı beynəlxalq konfrans bu istiqamətdə atılan müstəsna addım oldu.
“Türkiyənin bir çox tanınmış siyasi və ictimai xadimlərinin, millət vəkillərinin, elm adamlarının iştirakı ilə keçirilən konfrans Qərbi Azərbaycan həqiqətlərinin dünyaya yayılması və tanıdılması üçün vacib hadisədir. Əminəm ki, bu kimi təşəbbüslər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasına təkan verəcək və azərbaycanlılar tarixi dədə-baba yurdlarına qayıdacaq”, deyə Ə. Əmiraslanov qeyd etdi.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirib ki, Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlər Türkiyə ilə yanaşı, digər dövlətlərdə də davamlı təşkil olunmalıdır.(Azertac)