"Vətən səsi" xəbər verir ki, prezident İlham Əliyevin Moskvada keçiriləcək qələbə paradında iştirak edəcək dövlət başçıları arasında olacağı artıq təsdiqlənib. Dövlət başçısının Moskvaya səfəri çərçivəsində Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf edirilməsi ilə bağlı görüşlər də nəzərdə tutulub.
Paradda iştirak edəcək dövlət başçıları arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da var. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Qələbə paradına dəvət olunub və tədbirdə iştirak etməyi planlaşdırır. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan hərbçiləri Moskvadakı paradda iştirak etməyəcək və onlar ümumiyyətlə, tədbirə dəvət olunmayıb.
“Moskvadakı paradda müxtəlif ölkələrdən hərbi kontingentlərinin iştirakı planlaşdırılır, lakin paradın təşkili ilə məşğul olan Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ermənistana müraciət etməyib”, - deyə, erməni mətbuatında qeyd olunur.
Elxan SALAHOV