27.06.2025, 22:08
AZ EN
01.05.2025, 17:35 146

Köçəryan bir daha hakimiyyətə gələ bilməyəcək

XƏBƏRLƏR
  • "Robert Köçəryan, “Daşnaksütyun” və kilsə bir daha heç vaxt Ermənistanda hakimiyyətə gələ bilməyəcək".

"Vətən səsi" xəbər verir ki, bunu dünən İrəvanda keçirilən siyasi aksiyanı şərh edən Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. O, qeyd edib ki, Köçəryanın timsalında özünü “müxalifət” adlandıran qüvvənin Ermənistanın seçilmiş hakimiyyətini devirmək üçün daha bir “böyük prosesi” siyasi sona çatıb: "Bu, Köçəryanın dövlətdən oğurladığı sərvətini saxlamaq, hakimiyyəti daşnaklar və bəzi kilsə ünsürlərinə qaytarmaq üçün növbəti uğursuz cəhdi idi”.

Spiker Ermənistanın sabiq prezidentinin tərəfdarlarını və onun çağırışı əsasında aksiyada iştirak edənləri “zəif təlim keçmiş meymunlar” adlandırıb: “Öz ağalarının “dəyərlərinə” sahib olan zəif təlim keçmiş meymunlar bir daha öz növlərini, erməni xalqı ilə əlaqələrinin olmadıqlarını, ona yadlaşdıqlarını nümayiş etdirdilər. Onlar bir daha Ermənistanda uğur qazana bilməyəcəklər, təkrar edirəm, heç vaxt. Siyasi fikirlərlə razılaşmamaq olar, mübahisə etmək olar, amma elə xətlər var ki, onları keçmək olmur, onları keçən kimi məhv olursan, onsuz da əvvəldən həm siyasi, həm də mənəvi mənada heç idilər”.

Elxan SALAHOV

Oxşar xəbərlər