Bunu "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov Ermənistanın mineral xammal resurslarının rəqəmsal xəritəsinin təqdimatında deyib.
O qeyd edib ki, bu səbəbdən koalisiya xəritənin rəqəmsal versiyasını elektron daşıyıcılar üzərində hazırlamağı qərara aldı.
"Bu xəritənin yayılmasının qarşısını almaq mümkün olmayacaq", - M.Bayramov əlavə edib.
Koalisiya üzvü bildirib ki, xəritənin hazırlanmasında Azərbaycana dost ölkələrin geoloqlarının təcrübəsindən və Azərbaycanın Sovet dövründə fəaliyyət göstərən geoloqlarının hazırladığı sənədlərdən, xəritələrdən istifadə edilib:
"Biz xəritədə Qərbi Azəbaycan toponimlərindən istifadə etmişik. Bunu tarixi xəritələrin əsasında hazırlamışıq". (Report)