28.06.2025, 14:18
AZ EN
25.02.2025, 14:21 334

Simonyan: "Qonşu ölkələrlə münasibət qurmağa çalışırıq"

XƏBƏRLƏR
  • Son vaxtlar ölkələrin suverenliyi, beynəlxalq hüquq, təhlükəsizlik, insan haqları kimi fundamental məsələlərdə ABŞ və Qərb arasında münaqişə həddinbə çatan fikir ayrılıqları fonunda dünyada və regionda baş verən Ermənistana da siraət etməyə başlayıb. Xüsusilə ABŞ və Avropanın Rusiya ilə müharibəyə təhrik etdiyi Ukraynanın maraqlarının siyasi alver predmetinə çevrilməsi Ermənistanı da ciddi narahat edir. Nikol Paşinyan və onun başçılıq etdiyi hökumətin əsas fiqurantlarının səsləndirdiyi bəyanatlar belə deməyə əsas verir.

"Vətən səsi" xəbər verir ki, Paşinyanın komandasından sonuncu belə açıqlama Ermənistan parlamentinin spikeri Alen Simonyandan gəlib. O, İrəvanda keçirilən Ermənistan-Avropa Birliyi Parlament Tərəfdaşlığı Komitəsinin dördüncü iclasının açılışındakı çıxışında deyib ki, ölkəsi qonşu dövlətlərlə normal münasibətlərə böyük əhəmiyyət verir, regionda açıq sərhədli və tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışır: “Ermənistan hökuməti regionumuzun nəqliyyat və kommunikasiya marşrutlarını ölkələrin suverenliyi, bərabərliyi, ərazi bütövlüyü və qarşılıqlı münasibətlər prinsipləri əsasında daha səmərəli etmək üçün “Sülh qovşağı” layihəsini irəli sürüb. Regiondakı ölkələr və güc mərkəzləri ilə təhlükəsizlik, iqtisadiyyat, enerji və digər sektorlar arasındakı fərqə əsaslanaraq balanslaşdırılmış siyasət aparmağa çalışırıq”.

Elxan SALAHOV

Oxşar xəbərlər