28.06.2025, 18:42
AZ EN
27.12.2024, 10:46 190

Erməni deputat: “Minsk Qrupu tezliklə buraxılacaq”

XƏBƏRLƏR
  • Ermənistan hakimiyyəti də ATƏT-in Mink Qrpunun buraxılmasının tərəfdarıdır və bu, tezliklə baş verəcək.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan tezliklə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sənədi imzalayacaq: “ATƏT-in Minsk Qrupunun buraxılması Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir. Nikol Paşinyan tezliklə Əliyevin tələbini yerinə yetirəcək və Minsk Qrupunun buraxılması ilə bağlı Bakıda hazırlanan sənədi imzalayacaq. O, artıq bunun anonsunu verib və bəyan edib ki, Minsk Qrupu Ermənistandan Qarabağı təhvil verməyi tələb edirdi.

Erməni deputat konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycanın israrlı tələbinə də münasibət bildirib. Xaçaturyan vurğulayıb ki, sülh sazişinin imzalanması naminə Paşinyan rəsmi Bakının bu tələbini də yerinə yetirəcək: “Baş nazir “real Ermənistan” tezisini ortaya atıb, bu, təhlükəsizliyə və Azərbaycanla münasibətlərin normallaşmasına xidmət edən yeni yanaşma kimi təbliğ olunur. “Real Ermənistan” tezisi yeni konstitusiyayanın qəbul olunmasını şərtləndirir. İndi Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, ona görə də köhnəni dəyişdirmək lazımdır. Paşinyan bu əsasda konstitusiyaya dəyişiklik etməyə çalışır”.

Elxan SALAHOV

Oxşar xəbərlər