27.06.2025, 13:03
AZ EN
08.11.2024, 14:16 310

COP29-la bağlı Bakı Stadionunda bütün işlər bu axşam yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək

XƏBƏRLƏR
  • “COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.

Bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək: “Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”. (APA)

Oxşar xəbərlər