27.06.2025, 22:29
AZ EN
30.09.2024, 10:04 302

Muxtar Babayev: İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın hər nöqtəsində hiss olunur

XƏBƏRLƏR
  • İqlim dəyişikliyinin mənfi təsirləri dünyanın hər nöqtəsində hiss olunur.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

Onun sözlərinə görə, artıq baş verən təbii fəlakətlər iqlim dəyişikliyinin nə qədər təhlükə yaratdığını göstərir: "İqlim dəyişikliyinə adaptasiya məsələləri də diqqətdə saxlanılır".

COP29 sədrliyi həmçinin İkiillik Şəffaflıq Hesabatının hazırlanmısına diqqət yetirir: "Azərbaycan COP29 -a qədər Şəffaflıq Hesabatını təqdim etməyi planlaşdırır. Fürsətdən istifadə edərək digər ölkələri də bu hesabatları təqdim etməyə çağırırıq". (Report)

Oxşar xəbərlər