27.06.2025, 21:30
AZ EN
24.09.2024, 12:20 362

Tural Gəncəliyev: “Xankəndi şəhəri regionumuzun, dünyanın ən önəmli, ən gözəl şəhərlərindən biri olacaq”

XƏBƏRLƏR
  • “Təbii ki, bu gün Xankəndi şəhərini Parlamentdə təmsil etmək xüsusi bir sevinc hissi, fəxarət hissi gətirir”.

Bu sözləri  millət vəkili kimi Parlamentdə Azərbaycan Televiziyasına ilk müsahibə verən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O, vurğulayıb ki, mən də növbəti beş il ərzində VII çağırış Milli Məclisin deputatı olaraq öz seçicilərim qarşısında öhdəlik götürmüşəm, vəd vermişəm ki, onları  ən yaxşı şəkildə təmsil edəcəm.

“Təbii ki, Xankəndi şəhəri günü-gündən çiçəklənir, inkişaf edir. Cənab Prezidentin Xankəndi şəhərinə səfəri, orda açılan  yeni müəssisələr, təhsil müəssisələri bir daha bizi əmin edir ki, Xankəndi şəhəri həqiqətən regionumuzun, dünyanın ən önəmli, ən gözəl şəhərlərindən biri olacaq”,- deyə millət vəkili əlavə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər