Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.
Bildirilib ki, Y.Rəfiyev “Qitələri birləşdirən: Bakıdan Belenə İqlim Liderliyi üzrə Dialoq” adlı panel müzakirəsində iştirak edib.
O, panel iştirakçılarına COP29 danışıqlarından gözlənilən nəticələri, konfransın gündəliyi çərçivəsində Azərbaycanın təşəbbüsləri, həmçinin COP29-un potensial uzunmüddətli qlobal mirası haqqında məlumat verib. (Report)