Nazirlikdən regiondakı gərginlikdən narahat olduqlarını bildiriblər.
“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - XİN-dən qeyd olunub.
XİN-dən bildirilib ki, Rusiyanın ali rəhbərliyi, həmçinin nazir Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır. (Report)