28.06.2025, 15:52
AZ EN
22.05.2024, 09:07 331

Mikaelyan: "Ermənistan 24 mövqedən geri çəkilir"

XƏBƏRLƏR
  • Ermənistan Tavuş bölgəsində delimitasiya prosesi çərçivəsində 24 mövqedən geri çəkilir.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Qrant Mikaelyan deyib: “Əvvəlcə sərhəd əraziləri verilir, lakin onlardan başqa anklav adlanan ərazilər də var. Azərbaycan tərəfi Ermənistanla sərhəddə öz mövqelərini möhkəmləndirmək məqsədilə anklav kəndlərlə əlaqə üçün dəhliz tələb edəcək”.

Erməni politoloq vurğulayıb ki, Zəngəzur, Göyçə, Dərələyəzdə lazımi infrastrukturun olmaması səbəbindən Azərbaycan tərəfi əhəmiyyətli uğurlar əldə edib.

Yeri gəlmişkən, hələ üç ay əvvəl Ermənistanın baş nazir Nikol Paşinyan iddia etmişdi ki, guya, 31 erməni kəndinin əhəmiyyətli əraziləri bu və ya digər şəkildə Azərbaycanın nəzarətindədir. Əslində isə onun nəzərdə tutduğu ərazilər bütünlüklə Azərbaycan kəndləridir. Belə ki, ümumi ərazisi 170 kvadratkilometr olan həmin kəndlər Zəngəzur, Qazax və Göyçə istiqamətində Azərbaycana məxsus olan ərazilərdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında 31 kəndlə bağlı söylədiyi iddialara Azərbaycan Xarici İşlər Nazirliyi elə həmin günlərdə cavab vermişdi. Bildrilirdi ki, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya, Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir:

Elxan SALAHOV

Oxşar xəbərlər