21.04.2026, 08:09
AZ EN
08.03.2024, 09:57 429

Prezident İlham Əliyev: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

XƏBƏRLƏR
  • Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd olunub.

Vurğulanıb ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. “İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, - deyə məktubda diqqətə çatdırılır. (AZƏRTAC)

Oxşar xəbərlər