Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” onlayn iclasında deyib.
Ekspert qeyd edib ki, regiondakı reallıq yeni anlayış tələb edir: “Söhbət regiondakı hadisələrin bundan sonra necə cərəyan edəcəyindən, əsas tərəflərin maraqlarının nədən ibarət olacağından və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair gələcək formatların necə ola biləcəyindən gedir”.
O vurğulayıb ki, Azərbaycanın addımları beynəlxalq hüquq normalarına uyğundur: “Müəyyən dövlətlər, güc mərkəzləri tərəfindən hər hansı formada Azərbaycana təzyiq göstərmək, görülən tədbirlərin legitimliyini şübhə altına almağa çalışmaq - bütün bu cəhdlər tamamilə qanunsuzdur”. (Report)