28.06.2025, 01:23
AZ EN
12.10.2023, 12:36 416

Tural Gəncəliyev: Azərbaycanın suverenliyinin tam bərpası Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrünün zirvəsidir

XƏBƏRLƏR
  • Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövrünün zirvə nöqtəsidir.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin xüsusi iclasında deyib.

Müstəqilliyimizin tarixində önəmli günlərin yaşandığını diqqətə çatdıran deputat Azərbaycanın qazanılan uğurlara məhz güclü Lider Prezident İlham Əliyevin siyasəti nəticəsində nail olduğunu vurğulayıb.

“Azərbaycan Liderinin əməyi nəticəsində ölkəmiz həm regionda, həm də dünya miqyasında aparıcı oyunçuya çevrilib. Çünki Liderimiz üçün milli maraqlar hər şeydən üstündür”, - deyə Tural Gəncəliyev bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər