“Vətən səsi” xəbər verir ki, bu barədə "Kommersant" nəşri mənbələrinə istinadən yazıb. Nəşrin yazdığına görə, təklifin mahiyyəti əvvəlcə Ağdam yolunun açılması və Beynəlxalq Qaırmızı Xaç Komitəsi vasitəsilə lazım olan bütün yüklərin oradan daşınaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsinə çatdırılmasından ibarət olub. Lavrovun təklifinə əsasən, məhz Ağdam-Xankəndi yolu açıldıqdan bir sutka sonra Laçın yolunda nəqliyyatın hərəkətinin bərpası da mümkün olacaqmış.
“Bu variant yüksək səviyyədə hazır idi”, - mənbə əlavə edib.
Bununla belə, "Kommersant"ın yazdığına görə, təkliflər üçtərəfli qaydada müzakirə edilərkən heç kəs buna etiraz etməyib. Əksinə mövcud şəraitdə ortaya çıxan problemin üçün bu variant məqbul sayılıb. lakin sonradan separatçılar işi pozub və onlar Laçın yolu ilə bağlı bir sutkalıq fasilənin yaranmaması, Ağdam yolundan Azərbaycan mənşəli malların keçməməsi şərtini irəli sürüblər. Nəticədə Lavrovun təklifi reallaşmayıb. Mənbə təklifin nə vaxt irəli sürüldüyünü açıqlamayıb.
Elxan SALAHOV