Bu sözləri açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Hüquq müdafiəçisi bildirib: “Ermənistan öz ərazisindəki istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasının istismarını davam etdirməklə ətraf mühitə, canlı aləmə qlobal təhlükə törədir. İndi də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yeni metallurgiya zavodu inşa edərək Azərbaycan üçün yeni ekoloji fəlakət riski yaradır. Təəssüf ki, Ermənistan ətraf mühitə vurduğu qlobal miqyaslı ziyana və yaratdığı risklərə görə müvafiq beynəlxalq qurumlar tərəfindən qınanmır, ona qarşı ciddi təzyiqlər yox dərəcəsindədir. Ermənistan ətraf mühitin mühafizəsi ilə bağlı qoşulduğu bütün beynəlxalq normaları kobud surətdə pozmaqda davam edir”.
O bildirib ki, Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz və müvafiq tədbirlər görəcək. ("AZERTAC")