Bunu açıqlamasında erməni işğalından azad olunan Cəbrayıla səfər edən İsveç səyyahlar qrupunun üzvü Sofia Granström deyib.
“Qarabağda gedən bərpa və yenidənqurma işləri çox təqdirəlayiqdir. Bundan əvvəl müharibədən zərərçəkən ərazilərdə olmamışdım, buna görə də belə yerləri görmək çox maraqlıdır”, - deyə o söyləyib.
Qeyd edək ki, İsveç səyyahlar qrupuna daxil olan 30-dan çox beynəlxalq səyahətçi üç gün ərzində azad olunmuş ərazilərdə erməni vandalizminə şahidlik edib, Azərbaycan dövlətinin bu torpaqlarda apardığı sürətli yenidənqurma-bərpa işləri ilə tanış olublar. (AZƏRTAC)