28.06.2025, 01:31
AZ EN
27.04.2023, 09:01 310

Ziyafər Əsgərov: “Nəzarət-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir”

XƏBƏRLƏR
  • Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaqla təkcə erməni təxribatlarının qarşısını almadı, eyni zamanda ərazi bütövlüyünü tam bərpa etdiyini bir daha təsdiqlədi. Bu yolun nəzarətə götürülməsi Ermənistanın rus sülhməramlılarının kuriyerliyində son vaxtlar artan qanunsuz hərbi daşımalarının qarşısını almaqla yanaşı, Qarabağdakı separatçıların ölkəmizə qarşı  müqavimət gücünü də qırmış oldu. Doğrudur, buna kimi ekofəalların keçirdiyi etiraz aksiyası ermənilərin qanunsuz əməllərinin qarşısına səd çəkirdi.  Lakin yeni quraşdırılan nəzarət-buraxılış məntəqəsi ermənilərin ara yollarının da önünü kəsdi.

Millət vəkili, Milli Məclisin Müdsafiə Təhlükəsizlik  və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulmasını tarixi hadisə adlandırıb: “Cənab Prezidentin çox böyük siyasi iradəsiylə bu məsələ həll olundu. Yəni, bu məsələ artıq bizim Sərhəd Qoşunlarının nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Bu nə üçün lazımdır? Çünki biz dəfələrlə Ermənistan tərəfinə müraciət etmişdik ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının tələblərinə əməl etsinlər. Söhbət ondan gedir ki, Azərbaycan ərazisinə separatçıların, terrorçuların, silah, mina daşınmalarının və digər qanunsuz hərəkətlərə Ermənistan tərəfi son qoysun. Lakin biz bunu görmədik. Biz bunu görmədik, əlbəttə ki, bizim də səbrimizin bir həddi var. Ona görə də  Prezident İlham Əliyevin çox böyük səyi və tükənməz, siyasi iradəsiylə bu məsələ həll olundu. Ermənistanda indi buna qarşı çoxlu narazılıqlar ifadə olunur. Guya bu Xankəndində yaşayan ermənilərin vəziyyətini gərginləşdirəcək, çətinləşdirəcək. Lakin heç bir gərginləşmədən, çətinləşmədən söhbət getmir. Humanitar koridor açıqdır, yəni, mülki vətəndaşlar ordan gedib-gələ bilərlər. Burda heç bir problem yoxdur. Ermənilər guya əsaslanırlar 2020-ci il 10 noyabr bəyannəməsinə. Əslində, 10 noyabr bəyannaməsinin 9-cu maddəsində göstərilir ki, Laçın yolu ilə gedən həm yük maşınlarının, həm də vətəndaşların təhlükəsizliyi Azərbaycanın öhdəliyidir. Əgər bu yolda gedən maşınlar vətəndaşların təhlükəsizliyi bizim öhdəliyimizdirsə, deməli, biz orda belə bir məntəqə quraşdıra bilərik. Bu, bizim daxili hüququmuzdur, suveren hüququmuzdur. Burda bəyannaməyə zidd heç nə göstərilmir ”, - deyə komitə sədri vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər