Martın 31-də Ermənistan parlamentinin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının iclasında komissiyanın sədri Vladimir Vartanyan və müxalif deputat Mher Sahakyan arasında baş vermiş dava-dalaşla bağlı baş prokurorluq tərəfindən cinayət-əməliyyat qrupu yaradılıb. Bu gün həmin qrup parlamentdə müxtəlif deputatların ifadələrini dinləyərək sənədləşdirməklə yanaşı, həm də onları bir-biri ilə üzləşdirib. Xəbəri yayan "Lurer.com" agentliyi əlavə edib ki, üzləşmə zamanı hakim partiyanın deputatları ilə müxalif deputatlar arasında yaranan kəskin mübahisə prokurorluğun əməkdaşlarının dəfələrlə etdiyi müdaxilədən sonra dayanıb.
Nəsib