27.06.2025, 13:21
AZ EN
27.03.2023, 11:00 273

Hay general sözünü geri götürdü

XƏBƏRLƏR

Fürsət düşən kimi arxadan zərbə vurmaq hayların etnik mentaliteti sırasında öndə durur və bu hər bir prosesdə yeni çalarlarla, belə demək olarsa, zənginləşdirilir. Ermənistan müdafiə nazirliyi baş qərargahının sabiq rəisi Onik Qasparyan bu mentalitetin vəzifəsindən asılı olmayaraq hər bir haya mənsub olduğunu öz simasında hələ ilyarım öncə təsdiqləmişdi. Xatırladaq ki, o bütün çıxışlarında müharibəni generalların deyil, məhz Nikol Paşinyanın səriştəsizliyi nəticəsində uduzduqlarını bəyan etmişdi. Hay revanşçı müxalif deputatların çağırışı ilə baş nazirin istefaya getməsi üçün kütləvi aksiyalar keçirilən zaman isə o müxalifət liderləri ilə birlikdə olduğunu bildirmişdi. Baş nazirin əmri ilə işdən qovulan O.Qasparyan həm də istintaq orqanları qarşısında cavab verməli olmuşdu. Gözlənilirdi ki, o həbsxana həyatı da yaşamaq məcburiyyətində qalacaq. Amma o, bu günlərdə Ermənistan parlamentindəki müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Koçaryan və istintaq komitəsinin əməkdaşları qarşısında sorğulanarkən gözlənilmədən Nikol Paşinyanın ünvanına xoş sözlər deyib, onun istefaya çıxacağı təqdirdə ölkəni fəlakətlər bürüyəcəyini bildirib.

"Past" qəzeti yazır ki, 5-6 saat sualları cavablandıran general özünün də paşinyançı olduğunu bildirib və Şuşa uğrunda gedən döyüşlərdə generalların bacarıqsızlığını xüsusi vurğulayıb.

Vaxtilə Paşinyanın ünvanına təhqiramiz ifadələr işlədib alqışlarla qarşılanan bu hay generalın indi sözünü dəyişməsi erməni mətbuatında müxtəlif rəylərə səbəb olub. O da vurğulanır ki, belə qorxaq adam, görəsən, hansı yolla general-leytenant və baş qərargah rəisi olub.

Nəsib

Oxşar xəbərlər