17.12.2025, 07:32
AZ EN
08.12.2025, 13:49 203

Paşinyan erməni kilsəsinin "yol xəritəsi"ni açıqladı

XƏBƏRLƏR
  • Ermənistan hökuməti son onilliklərin ən böyük ictimai etimadsızlıq mərhələsini yaşayan erməni kilsəsi üçün "yol xəritəsi" hazırlayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyana istinadən məlumat yayıb. Bildirilir ki, Baş nazir katolikos II Qareginin uzaqlaşdırılmasından sonra erməni kilsəsinin yenilənməsi üçün "yol xəritəsi"ni ictimaiyyətə təqdim edib. O, bildirib ki, “Katolikos Nersisyanın (II Qaregin) uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin yenilənməsi” adlanan "yol xəritəsi" müvəqqəti katolikosun seçilməsi, Erməni Apostol Kilsəsinin nizamnaməsinin qəbul edilməsi və bütün ermənilərin katolikosunun seçilməsini nəzərdə tutur. "Yol xəritəsi"nə erməni kilsəsinin fəaliyyət prinsipləri, dövlət-kilsə münasibətləri və öhdəlikləri kimi bəndləri də əhatə edir.

Paşinyan bütün ermənilərin katolikosu II Qaregin Ktriç Nersisyanı bacarıqsız və qərəzli fəaliyyəti ilə Erməni Apostol Kilsəsinin nüfuzuna zərər vurmaqda ittiham edib. O, deyib ki, dəfələrlə bu barədə katalikosun özü ilə görüşərək fəaliyyətini nizama salmasını tələb etsə də, o, buna məhəl qoymayıb. Bunun əvəzində o, hakimiyyətə qarşı müxalifətdə olan liderlərlə və xarici qüvvələrlə gizli danışıqlar aparmaqla siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Halbuki Ermənistan qanunvericiliyinə əsasən, kilsənin siyasi fəaliyyətlə məşğul olması qadağan edilir.

Elxan SALAHOV

 

Oxşar xəbərlər