26.09.2025, 08:32
AZ EN
18.09.2025, 09:17 225

Niderland Qarabağdan köçən ermənilərə 14 milyon ayırdı

XƏBƏRLƏR
  • Niderland hökuməti Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilərin mənzillə təmin olunmasına maliyyə dəstəyi verəcək. Bunun üçün 14 milyon avro ayıracaq. Həmin vəsait Qarabağdan İrəvana və Ermənistanın digər regionlarına köçmüş erməni ailələri üçün mənzillərin alınmasına xərclənəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə Niderlandın Xarici işlər naziri Devid van Vil özünün X sosial şəbəkəsindəki hesabında yazıb. O, qeyd edib ki, bu razılaşma Ermənistanın xahişi əsasında həmkarı Ararat Mirzoyanla Niderlandda keçirilən görüş zamanı əldə edilib.

Nazir həmin vəsaitin Qlobal Güzəştli Maliyyə Fondu vasitəsilə ayrılacağını bildirib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı bölgədə yaşayan ermənilərin demək olar ki, hamısı könüllü şəkildə Ermənistana köçüb. Onlardan yalnız kiçik bir qismi bölgəni tərk etməyərək Azərbaycan vətəndaşı kimi Qarabağda yaşamağa qərar verib. Hazırda həmin şəxslər Azərbaycan dövlətinin sosial qayğısı altında Xankəndi, Xocalı və digər ərazilərdə yaşamaqda davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər