Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, "kanonik erməni kilsəsinin hücumlara məruz qalmamasını və münaqişənin tezliklə həll olunmasını istərdik".
"Mövzunu müzakirə etdik, Ermənistanın daxilində baş verənlərlə bağlı ciddi narahatlığımızı bildirdik. Aydındır ki, bu, qonşularımızın daxili işidir, lakin şübhəsiz ki, kanonik, minillik erməni apostol kilsəsinə qarşı hücumlar çox böyük narahatlıq doğurur", - nazir bildirib. (Report)