17.06.2025, 07:05
AZ EN
03.06.2025, 17:04 229

Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

XƏBƏRLƏR
  • Cənubi Qafqazdakı vəziyyət və regionun tranzit potensialı Ermənistan və Gürcüstan parlament spikerləri Alen Simonyan və Şalva Papuaşvili tərəfindən müzakirə edilib.

Bu barədə erməni KİV-ləri xəbər verir.

Onlar həmçinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Ş.Papuaşvili sosial şəbəkələrdə bildirib ki, görüş Simonyanın Gürcüstana işgüzar səfəri çərçivəsində Telavidə baş tutub.

Gürcüstan parlamentinin spikeri qeyd edib ki, gürcü tərəfi Ermənistanın Avropa İttifaqı ilə dialoqun dərinləşdirilməsi istiqamətindəki səylərini alqışlayır və öz təcrübəsini bölüşməyi təklif edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR