05.08.2025, 06:49
AZ EN
03.04.2025, 14:32 263

Rusiya xarici işlər nazirinin müavini: Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz

XƏBƏRLƏR
  • Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

O, Ermənistan parlamentinin ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən qeyd edib: “Biz əminik ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı kimi bir-birinə zidd olan iki assosiasiyada eyni vaxtda olmaq mümkün deyil”.

M.Qaluzinin fikrincə, Ermənistan üçün bu iki variantdan hansının daha yaxşı olması ilə bağlı qərarı rəsmi İrəvan verməlidir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR