27.06.2025, 07:41
AZ EN
21.03.2025, 17:18 155

Abazyan: Ermənistan Rusiya sərhədçilərinin dəyişdirilməsi ilə bağlı yeni qərar qəbul etməyib

XƏBƏRLƏR
  • Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sərhəd-keçid məntəqələrində Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi ilə bağlı hələlik qərar qəbul etməyib.

Bu barədə Ermənistan MTX-nın direktoru Armen Abazyan bildirib.

O xatırladıb ki, 2024-cü ilin ortalarından “Zvartnots” hava limanında nəzarət Ermənistan sərhədçilərinə verilib. Oxşar təcrübə İranla sərhəddə yerləşən “Aqarak” keçid məntəqəsində də tətbiq olunur. Bu il martın 1-dən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi də Ermənistanın idarəsinə keçib.

“Hazırda başqa qərarlar yoxdur”, - Abazyan əvəzləmə prosesinin mümkün davamı ilə bağlı sualı cavablandırarkən deyib. (Report)

Oxşar xəbərlər