28.06.2025, 04:42
AZ EN
24.02.2025, 09:34 246

Zəngəzur dəhlizi mütləq açılacaq

XƏBƏRLƏR
  • "Daşnaksütyun" partiyasının şura üzvü Tiqran Vartanyan əmindir ki, Zəngəzur dəhlizi Azərbaycanın istəyindən asılı olaraq xoş, ya zor mütləq açılacaqdır.

O, bu barədə özünün FB səhifəsində yazıb və bu, "Hraparak" tərəfindən paylaşılıb. T.Vartanyan yazıb ki, bu məsələdə iki yol var var. Birinci, əgər sərhəd dəyişikliyi olarsa, Paşinyan  güzəştə gedəcək və xeyli ərazi Azərbaycanın nəzarətinə keçəcək. Hakimiyyət buna razı olmasa isə Azərbaycan hərbi yoldan istifadə edəcək. Paşinyan isə öz hakimiyyətini qorumaq üçün həm konstitusiyada dəyişiklik edəcək, həm də sülh müqaviləsi imzalayacaq deyən daşnak funksioneri sülhün deyil, yeni müharibənin tərəfdarı olduğunu gizlətməyib.

N.Qaramanlı

Oxşar xəbərlər