28.06.2025, 13:13
AZ EN
17.02.2025, 16:24 160

Haylar Avropa İttifaqına qarşı da fırıldaqlıq edir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Arevik Hakopyan bu günkü məqaləsində son vaxtlar haqqında çox danışılan nəqliyyat vasitələrindən yazıb.

Qeyd edib ki, Avropa İttifaqının vəsaiti ilə "Sabit və yaşıl idarəetməyə həmrəylik" proqramı çərçivəsində Gümrü və Vanazor şəhərlərinə verilmiş avtobuslar üçün həm də müasir dayanacaqlar yaradılmış, sürücülər üçün xüsusi məşğələlər təşkil olunmuşdu. Bütün bu işlərin nəticəsində isə hər avtobusa görə 140 min avro vəsait ayrılmışdır. Amma avtobuslar xəttə çıxarılmamış, bir müddətdən sonra daşınmaz əmlak kateqoriyası ilə özəlləşdirilmişdir. Həmin avtobuslar hazırda hansısa iş adamının gəlir mənbəyinə çevrilib deyən şəhər bələdiyyəsinin müxalifətdən olan üzvü ölkədə maliyyə fırıldaqlarının da baş alıb getdiyini vurğulayıb.

Nəsib

Oxşar xəbərlər