27.06.2025, 13:29
AZ EN
24.01.2025, 16:25 222

Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası bu gün ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsinə müsbət rəy verib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Ermənistan" müxalifət fraksiyasının üzvləri səsvermədə iştirakdan imtina ediblər. Layihə Ermənistan parlamentinin qarşıdan gələn dördgünlük iclasının gündəliyinə daxil ediləcək.

Müzakirələr zamanı xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib ki, Ermənistan və Aİ yeni əməkdaşlıq gündəliyinin imzalanması ilə bağlı danışıqlar aparır. (Report)

Oxşar xəbərlər