17.06.2025, 06:57
AZ EN
17.09.2024, 17:53 263

Erməni keşiş Köçəryan və Sarkisyanla nədən danışdıqlarını...

XƏBƏRLƏR
  • "Ermənistanda siyasi qüvvələrin, o cümlədən keçmiş prezidentlərin ətrafında birləşən müxtəlif qruplar var və onlar indiki hakimiyyətə qarşı müxalif mövqedədirlər. Mənim rəhbərlik etdiyim etirazçılar qrupu isə bütün siyasi qüvvələrin təmsilşiləri və tərəfdarlarıdır. Biz əvvəldən demişik ki, bu, hamımızın hərəkatıdır".

"Vətən səsi" xəbər verir ki, bunu bu ilin yazında Paşinyan hökumətinə qarşı etiraz aksiyaları keçirən erməni keşiş Baqrat Qalstanyanvə bildirib. Ermənistandakı etirazların lideri, arxiyepiskop Baqrat Qalstanyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla dünənki görüşünün “Vətən Uğrunda” hərəkatının arxasında keçmiş prezidentlərin dayanması demək deyilmi” sualına belə cavab verib: “Biz bu prinsipi qorumuşuq, gördüyünüz kimi, hərəkatda müxtəlif ideoloji yönümlü, bəzən fikir ayrılığı olan qüvvələr var. Necə ki, etirazlar zamanı üçüncü prezident Serj Sarkisyanla görüşdüm, indi də koordinasiya şuramızla mübarizə prosesini davam etdirmək üçün siyasi sahənin bütün aktorları ilə görüşmək qərarına gəldik. Dəstək olub-olmamaqdan söhbət gedə bilməz. Elə ilk gündən dedim ki, tək qalsam da, mübarizə davam edəcək”.

Arxiyepiskop keçmiş prezidentlərin onunla görüşdə hərəkatı dəstəklədiklərini bəyan edib-etməmələri ilə bağlı suala da cavab verib: “Görüş qapalı olduğundan təfərrüatları açıqlamaq səlahiyyətim yoxdur. Vəzifə dəstək olub-olmamaq deyil, mənim vəzifəm hara getdiyimizi hamıya təqdim etməkdir? Ölkəmizdə keçmiş prezidentlər də daxil olmaqla çoxşaxəli siyasi meydan var”.

Xatırladaq ki, Ermənistanda qiyamçı keşiş Baqrat (Vazgen) Qalstanyan sentyabrın 22-nə elan edilmiş hərəkat tərəfdarlarının toplantısı ərəfəsində əsas sponsorları olan Robert Köçəryan və Serj Sarkisyanla görüşlər keçirib. Bildirilir ki, bu görüşdə Paşinyanın Hakimiyyət Dəyişməsi Hərəkatının gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Keşişin "Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşü  üzrlü səbəblərə görə" baş tutmayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR