Görüş zamanı AŞ və Ermənistan arasındakı, həmçinin bölgədəki məsələlərin müzakirə edildiyini bildirən agentlik vurğulayıb ki, hayların baş diplomatı Azərbaycanla münasibətlərin durumuna da xüsusi yer ayırıb. O, yenidən sərsəmləyərək deyib ki, guya Azərbaycan Qarabağdan 100 mindən çox ermənini zorla çıxararaq onların bütün hüquqlarını pozub və Avropa Şurası həmin haylara humanitar yardım etməkdə maraqlı olmalıdır. Erməni nazir onu da deyib ki, guya ölkəsi 1991-ci il AlmaAta bəyannaməsinə sadiq qalaraq Azərbaycanla ərazi bütövlüyü və toxunulmazlığı prinsipi ilə sülh sazişinə hazırdır.
Erməniyə inanmaq olarmı sualının cavabı isə avropalı səyyahın hələ 300 il əvvəl yazdığı xatirələrdə də öz əksini tapıb: erməninin nə yazılı, nə də şifahi sözünə inanmaq olmaz!
N.Qaramanlı