28.06.2025, 00:39
AZ EN
05.09.2024, 15:17 344

İrəvanda su qıtlığı davam edir

XƏBƏRLƏR
  • Bu gün səhər baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan nazirlər kabinetinin növbəti iclası olub. İclacda 39-u məruzəsiz olmaqla 43 məsələdən danışılıb.

Bu xəbəri paylaşan "Hraparak"ın müxbiri əlavə edib ki, Nikol Paşinyan həyəcanla bildirib ki, özü şəxsən dəfələrlə göstəriş versə də şəhərlərdə, xüsusilə İrəvanda su qıtlığını aradan qaldırmaq mümkün olmur. Göyçə gölünün səviyyəsinin 12 sm yüksəldiyini, amma ondan istifadə edilmədiyini diqqətə çatdıran baş nazir su probleminin aradan qaldırılması mümkün olmayacağı təqdirdə acınacaqlı vəziyyətin davam edəcəyini əsəbi halda vurğulayıb.

Azərbaycanla danışıqların bundan sonra da davam edəcəyini bildirən hökumət başçısı  müxalifətin daim ara vurmaq cəhdlərini kəskin tənqid edib.

N.Qaramanlı

Oxşar xəbərlər