27.06.2025, 19:50
AZ EN
13.08.2024, 15:10 293

Avropa Ermənistanı maşa edib

XƏBƏRLƏR
  • Erməni müxalifətinə xidmət edən politoloq A.Hovanisyan Avropa İttifaqının hakimiyyətə münasibətini obyektiv şərh etməyə çalışıb. O, qeyd edib ki, "Avropaya inteqrasiya", Avropaya vizasız gediş istiqamətində aparılan işlər əslində Ermənistanın mənafeyinə xidmət etmir. Bu yalnız Avropanın bölgədəki maraqlarının təmin olunması üçün Ermənistanın "gələcək var" utopiyasından irəli gəlir.

Politoloq əlavə edib ki, əgər Ermənistan Qərb üçün doğrudan da, əhəmiyyətli olsa idi, onda Qarabağdakı müharibə zamanı bəyanatlarla deyil, sırf hərbi qüvvə ilə çıxış edərdi. Azərbaycanın Türkiyə kimi müttəfiqinin olmasından əndişələnən politoloq xatırladıb ki, 2008-ci ildə Gürcüstanın Rusiyaya qarşı hərbi güc işlətməsi də məhz Avropaya inamdan irəli gəlmişdir. Nəticədə isə Gürcüstan özünün xeyli ərazisini itirməli oldu.

Avropaya vizasız gediş barədə sənəd imzalanacağı təqdirdə hayların ölkəni daha çox tərk edəcəyini düşünən politoloqun fikrincə, Avropa İttifaqına üzv olmaqla haylar özlərinin axmaq olduqlarını rəsmən etiraf etməli olacaqlar.

N.Qaramanlı

Oxşar xəbərlər