17.06.2025, 07:03
AZ EN
08.07.2024, 12:33 385

İrandakı seçki hayları məyus edib

XƏBƏRLƏR
  • İranşünas alim Vartan Voskanyan "Hraparak"ın müxbirinə verdiyi müsahibədə İranda keçirilən prezident seçkilərində Azərbaycan kökənli namizədin qalib gəlməsinə sırf hay xisləti ilə münasibət bildirib.

Deyib ki, Təbrizdə mitinqdə millətçi şüarlar səslənərəkən aydın oldu ki, burada olanların məqsədi təkcə milli dildə məktəblərin açılmasına nail olmaq deyil, həm də fürsət düşəndə İranı parçalamağa hazır olduqlarını bildirməkdir. O, İranın Ermənistana daim dost münasibəti göstərdiyini xatırladaraq narahatlıqla əlavə edib ki, yeni prezident ənənəvi siyasəti dəyişə və haylarla bağlanmış ikitərəfli müqavilələrin kağız üzərində qalmasına şərait yarada bilər. Bölgədə dinc yanaşı yaşayışın təmin olunması üçün iki ölkə arasında yeni danışıqlar aparılmasını və əvvəlki müqavilələrin yeni çalarlarla zənginləşməsini arzulayan iranşünas erməni daha sonra əlavə edib ki, bu il Göy Məscidin həyətində keçiriləcək "Aşura"da iranlılarla yanaşı xeyli hay da iştirak edəcək. Amma o, hayların hansı statusla iştirakı barədə açıqlama verməyib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR