"Hraparak"ın, eləcə də başqa media qruplarının yaydıqları xəbərlər, verilən şərhlər belə deməyə tam əsas verir. Erməni yazarlar Azərbaycan və Çin arasında strateji əməkdaşlıq barədə bəyannaməyə isə daha çox yer ayıraraq hətta Çin kimi qüvvətli bir ölkənin başçısını "erməni xalqının maraqlarına uyğun gəlməyən iş görüb" kimi səviyyəsiz, xəstə düşüncəli ifadə ilə tənqid edib. Onların məntiqinə, düşüncəsinə görə, sanki hər bir xalq və dövlət haylara dəstək verməyə, hay sözü ilə oturub-durmağa borcludur. Azərbaycanın uğurlu daxili və xarici siyasətinə də düşmən gözü ilə baxan erməni mətbuatının bu dəfəki mövqeyi cin atına minmək barədə el məsəlinə bənzəyir. Görünür, bu dəfə hayları cin atına mindirən Çin olub.
Nəsib