- Dünən Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, Ermənistanın xarici işlər nazirliyi Fələstinin dövlət müstəqilliyini tanıması barədə bəyanat yaydıqdan az sonra İsrail xarici işlər nazirliyinə dəvət edilən Ermənistanın sözügedən ölkədəki səfirinə etiraz notası təqdim edilib və bildirilib ki, hayların növbəti şərəfsizliyi iki ölkə arasındakı diplomatik münasibətlərin dayandırılmasına gətirib çıxara bilər.
Bu gün isə erməni şərqşünas Artyom Babayan "Hraparak" TV-də bildirib ki, artıq xeyli İsrail vətəndaşı saxta erməni "soyqırımı" abidəsinin sökülməsini tələb etməyə başlayıblar və onlar məqsədlərinə nail olmaqda israrlıdırlar. Mənbə əlavə edib ki, yəhudilər İsrailin paytaxtındakı erməni kilsəsinin önündə də analoji aksiya keçiriblər.
N.Qaramanlı