“Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Ayk Konjoryan bildirib ki, onlar qanuna uyğun olaraq iyunun 17-də keçiriləcək növbədənkənar sessiyada iştirak etməyəcəklər.
Qeyd edək ki, Ermənistan Parlamentinin müxalifətdəki “Hayastan” və “Şərəfim var” fraksiyaları rəsmən növbədənkənar iclas keçirilməsi tələbini irəli sürüb.
Xatrıladaq ki, iyunun 9-da keçirilmiş mitinq zamanı keşiş Baqrat Qalstanyan hökumətin istefasına nail olmaq üçün 4 günlük oturaq aksiyalara başlamağı təklif edib. O, ölkə ictimaiyyətini bu aksiyalarda fəal iştiraka çağırıb. (APA)