“Sputnik Armenia”nın xəbərinə görə, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin Uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.
Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.
Baqrat Qalstanyan mitinqdən sonra Baş nazir Nikol Paşinyanla görüşməyi planlaşdırdığını söyləyib. (APA)