28.06.2025, 02:07
AZ EN
10.04.2024, 12:28 309

Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha 2 il uzadıla bilər

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha 2 il uzadıla bilər.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı müzakirələr gedir.

Hökumət başçısının sözlərinə görə, bu məsələ Praqada keçirilən dördtərəfli görüşün nəticəsidir: “Praqa görüşünün növbəti ən mühüm razılaşması Ermənistan və Azərbaycanın Alma-Ata bəyannaməsi əsasında iki ölkə arasında sərhədin demarkasiyasına razılıq verməsidir. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd xətti olmayacaq”.

Baş nazir qeyd edib ki, Praqa sazişləri və Alma-Ata bəyannaməsi uzunmüddətli sabitlik və sülhə töhfə verə bilər: “Praqada keçirilən dördtərəfli görüş Cənubi Qafqazın sabit və dinc olmasının açarıdır. Bu, həmçinin Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün əsasdır”. (Report)

Oxşar xəbərlər