27.06.2025, 06:36
AZ EN
28.03.2024, 11:40 369

Fransa mətbuatı təxribatla məşğuldur

XƏBƏRLƏR

Fransanın tanınmış “Le Fiqaro” nəşri separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyanla müsahibə dərc edib. Hələ Xankəndidə olarkən separatçı rejimin buraxılması üçün sənəd imzalayan bu hayın sözügedən nəşrə özünü "arsax prezidenti" kimi təqdim etməsi, nəşrin isə "işğal olunmuş arsax respublikası" kimi təxribatçı sözlər işlətməsi həm hayların, həm də fransızların eyni mentalitetə mənsub olmalarını açıqlayır. Erməni separatçının vasitəsilə özünü demokratik dəyərlərə sadiq mətbu orqan kimi qəbul etdirməyə cəhd edən nəşrin daim təxribatla məşğul olduğu isə yenilik deyil. Siyasəti fitnə-fəsad üzərində qurulan Fransanın Cənubi Qafqazda məhz hay satqınlığı ilə yer tutmağa cəhdi isə əlbəttə, sonda məhz hayların növbəti gözyaşları ilə əvəzlənəcək. "Hraparak"da yayılmış bu xəbərin    Paşinyanın hakimiyyətinə qarşı yönəldiyi də açıq-aşkar görünür və xatırladılır ki, iqtidar "arsax, arsax prezidenti" sözlərinin işlədilməsini qadağan etsə də buna məhəl qoyulmur. Qeyd etmək lazım gəlir ki, həqiqəti qəbul etməmək hayların dəyişməyən xisləti olduğuna görə başları çox ağrıyacaq.

Nəsib Qaramanlı

Oxşar xəbərlər