01.07.2025, 05:08
AZ EN
02.02.2024, 09:36 314

Paşinyan üçün müqəddəs heç nə yoxdur

XƏBƏRLƏR

Rusiyameylli "Hraparak" media qrupunun baş redaktoru Armine Ohanyan bu gün paylaşılan "Onun üçün heç nə müqəddəs deyil" başlıqlı məqaləsində yazır ki, baş nazir Nikol Paşinyan ədalətdən, qanun qarşısında hamının eyni dərəcədə məsuliyyət daşımasından çox danışır. Ötən illər ərzində sosial şəbəkələrdə, mətbuatda vəzifədən sui-istifadə barədə də çox yazılıb. N.Paşinyanın yaxın ətrafında sui-istifadələr baş alıb gedir. Onlardan biri olan iqtisadiyyat nazirinin sabiq müavini, "Nakolka" ləqəbli Şuşanikin hansı "igidliyinə" görə işdən azad edildiyini məgər Nikol və ətrafı bilmirmi deyən baş redaktor indi bəzi qadınların iş otağında yoxlamadan sonra həbs edilməsini məhz siyasi sifariş olduğu qənaətindədir. Baş naziri təkcə siyasi səriştəsiz və uğursuz adlandıran Armine Ohanyan onun üçün  həm də müqəddəs heç nə olmadığını xüsusi vurğulayır.

Xatırladaq ki, A.Ohanyan parlamentin sədri Alen Simonyanın qaynanasıdır və erməni mediası onu "müxalif qaynana" adlandırır.

N.Qaramanlı

Oxşar xəbərlər