DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yanğının 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.
Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır. (AZƏRTAC)